Nida Xəbər
Məmmədyarov Qarabağdan danışdı: “Ermənistana zaman lazımdır”
“Ermənistanın yeni rəhbərliyinə münaqişənin həlli
prosesinin hərtərəfli öyrənilməsi üçün yəqin ki, zaman
lazımdır”.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan xarici
işlər naziri Elmar Məmmədyarov “Trend”ə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə
səfəri çərçivəsində Azərbaycan dövlət başçısı ilə keçirilən görüş
zamanı münaqişənin həlli prosesinin hazırkı vəziyyəti və
perspektivləri ətrafında fikir mübadiləsi aparıldı: “Münaqişənin
həll olunmamasının bölgə üçün, xüsusilə də Ermənistanın özü üçün
doğurduğu fəsadlar və əksinə, münaqişənin həllinin bu ölkəyə
gətirəcəyi inkişaf barədə konkret ismarıclar son zamanlar
beynəlxalq ictimaiyyət tərəfindən daha tez-tez səslənməkdədir.
Fikrimcə, Ermənistanın hazırkı rəhbərliyinin məsələyə bu xüsusda
yanaşması, konstruktiv və nəticəyə yönəlik danışıqlara geri dönməsi
onların özlərinin bəyan etdikləri sülh şəraitinin yaradılması
istiqamətində atılmış addım olardı. Anlayıram ki, Ermənistanın yeni
rəhbərliyinə münaqişənin həlli prosesinin hərtərəfli öyrənilməsi
üçün yəqin ki, zaman lazımdır. Lakin onilliklərdir ki, davam edən
danışıqlar prosesinin növbəti illərdə əsassız şəkildə davam
etdirilməməsi üçün Ermənistanın, nəhayət ki, qonşu Azərbaycanla
beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik və
beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi
bütövlüyünə dəstək və hörmət əsasında münasibətlər qurmasının
əhəmiyyətini dərk etməsi vacibdir”.
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq








.jpg)
























.jpg)

.jpg)