Nida Xəbər
Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ
“Onun özü cinayətkardır, düşməndir, vətən xainidir, ruhi xəstədir”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov özünü “psixoloq” kimi qələmə verən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında söylədiyi aşağılayıcı fikirləri şərh edərkən deyib.
“Mübariz İbrahimov Azərbaycanın Milli Qəhrəmanıdır, Azərbaycanın fəxri və qürurudur. Onun fikirlərinə hüquq-mühafizə orqanları biganə qalmamalıdır. Həmin adam haqqında qanunla ciddi ölçü götürülməlidir. Onun fikirləri cinayət tərkibli fikirlərdir. Milli Qəhrəmanımız barədə aşağılayıcı ifadələr işlədən cəzasını almalıdır. Milli Qəhrəman ilk növbədə şəhiddir, vətən uğrunda canını verib. Milli Qəhrəmanın ünvanına təhqiramiz ifadələr işlətmək cinayətdir”, - millət vəkili qeyd edib.
Qeyd edək ki, N.Şahmarzadə Mübariz İbrahimovu "cinayətkar və qatil” adlandırıb. Sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır.
“Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”, - deyə o qeyd edib.
-
Dünya01:11Günəşdə güclü alışma baş verdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qarşı tərəfə dəyər vermək arasındakı qızıl balansı tapın
-
Kriminal17 Noyabr 23:48Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin FOTOLARI
-
İdman17 Noyabr 23:24“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"
-
Magazin217 Noyabr 21:48Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
-
Avto17 Noyabr 20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman17 Noyabr 20:12Millimizdən möhtəşəm qələbə
-
Kriminal17 Noyabr 19:4823 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı







.jpg)

.png)

.webp)


























.jpg)