Nida Xəbər
Aydın Hüseynov: Azərbaycanın mədən sənayesinin effektiv idarə edilməsində Zimbabveyə nümunə ola bilər
“Azərbaycan dünyaya bir çox yeniliklər və modellər bəxş edib. Dünya dövlətləri də bu imkandan yararlanırlar”.
Bu sözləri Publika.az - a açıqlamasındamillət vəkili Aydın Hüseynov Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın ölkəmizə səfərini şərh edərkən deyib.
A.Hüseynov bildirib ki, “ASAN Xidmət”in iş prinsipi, vətəndaşların rahatlığı çevikliyi ilə seçilir və bu səbəbdən dünyada böyük marağa səbəb olur:
“Bir neçə aydan sonra pensiyaların verilməsi ilə bağlı DOST Mərkəzləri fəaliyyət göstərəcək. Bu modelin də dünyanın bir sıra ölkələri tərəfindən bəyənilib, öyrəniləcəyinə inanıram. Ən başlıcası ölkəmizin həyata keçirdiyi müstəqil xarici siyasətdir. Bu siyasətin ən başlıca məqsədi Azərbaycan vətəndaşlarının rahatlığının təmin edilməsi, sosial rifahının gücləndirilməsi, maraqlarının qorunmasıdır. Bu istiqamətdə Azərbaycanın böyük layihələri var, bu da təbii olaraq ölkəmizi digər dövlətlərin diqqət mərkəzinə çevirir. Burada cənab Prezidentin apardığı siyasətin mahiyyəti üzə çıxır”.
Millət vəkili bildirib ki, Zimbabve təbii resurslarla, o cümlədən 60-dan artıq mineral növləri ilə zəngin olsa da, lazımı inkişaf səviyyəsinə çatmayıb:
“Bu baxımdan Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, struktur xarakterli, iqtisadi islahatlar təcrübəsindən yararlana bilər. Bundan başqa Azərbaycanın mədən sənayesinin effektiv şəkildə idarə edilməsi baxımından bu ölkə üçün nümunə ola bilər”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
