Nida Xəbər
Ötən il məhkəmələrdə 246 mindən artıq işə baxılıb - Birinci vitse-prezidentin köməkçisi
Ötən il Azərbaycan məhkəmələrində 246 mindən artıq işə baxılıb.
Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zaman deyib.
G.Kərimov qeyd edib: “Həmin işlərdən 17 307-sini inzibati işlər təşkil edir, 5 mini iqtisadi işlərdir. Ötən il Azərbaycanda birinci instansiyada 12 539 cinayət işinə baxılıb. Onlardan 10 172-si ittiham hökmü ilə nəticələnib, 89-u isə bəraətlə bitib"
Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda davamlı islahatlar həyata keçirilir: “Misal üçün son bir neçə ili götürsək, 2017-ci ildə İqtisadiyyat Nazirliyi tabeliyində Kiçik və Orta Biznes Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, 2018-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılmasını nəzərdə tutan fərmanın imzalanması, Dövlət Turizm Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin yaradılması və digər tədbirlər məhz Azərbaycanda biznes mühitinin müasirləşdirilməsi, dövlət orqanları ilə sahibkarların münasibətlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. 2018-ci ildə aparılmış islahatların hamısı növbəti addımlar üçün zəmin yaradıb. Növbəti addım isə bu gün müzakirə etdiyimiz məhkəmə-hüquq sahəsində görülən işlərdir”.
G.Kərimov qeyd edib ki, Prezident İlham Əliyev məhkəmə-hüquq sahəsində islahatlarının dərinləşdirilməsi ilə bağlı imzalanan fərman sahibkarlar üçün yeni imkanların yaradılmasını nəzərdə tutur. (trend)
-
ABŞ02:12Tramp ABŞ Kosmik Qüvvələrinin formasını nümayiş etdirdi - FOTO
-
Sağlamlıq01:41Saqqızı udduqda nə baş verir? - “Mədədə illərlə...”
-
Magazin100:45Brilliant Dadaşovanın arxiv fotoları yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda kiçik incikliklər ola bilər
-
Nida Xəbər 6 Sentyabr 23:36Şükür Həmidov və Mais Bərxudarovun döyüşlərdən yeni görüntüləri yayıldı - VİDEO
-
Elm və təhsil6 Sentyabr 23:24Yubileyinə iki gün qalmış vəfat etdi
-
İdman6 Sentyabr 23:00Koxalski “Qarabağ”dan getdi - RƏSMİ
-
Səhiyyə6 Sentyabr 22:24Ürəyi uzunmüddətli qorumağın yeni üsulu tapıldı






























.png)




