Rusiya mətbuatı Bakı finalının möhtəşəmliyindən yazdı: Təşkilatçılar fəxr edə bilər
Bizi izləyin

Nida Xəbər

Rusiya mətbuatı Bakı finalının möhtəşəmliyindən yazdı: Təşkilatçılar fəxr edə bilər

“Britaniya mətbuatı “Çelsi” – “Arsenal” arasında baş tutan Avropa Liqası final matçının keçirilməsi üçün Azərbaycanın paytaxtını seçən UEFA-ya qarşı real informasiya kampaniyası başlatdı. İngiltərə mediasında finalına Bakıda keçirilməməsi ilə bağlı arqumentlər çox müxtəlif idi. Əsas məsələ olaraq “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın təhlükəsizlik məsələlərini bəhanə edərək Bakıya səfər etməməsi qabardılırdı. Bu qərar özlüyündə birmənalı deyil”.

Publika.az xəbər verir ki, bunu “News.ru” saytının jurnalisti Kiril Snastin yazıb.

UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsi və bunun ətrafında baş verən proseslərlə bağlı analiz qələmə alan jurnalist xüsusilə İngiltərə mətbuatında yayılan iddiaların əsassız olmasına diqqət çəkib:

“Keçmişin tanınmış sovet və ukraynalı futbolçu Oleq Bloxin Mxitaryanın Avropa kubokunun finalında oynamaqdan imtina etməsi qərarını axmaqlıq adlandırdı. Bəli, görüşün yekun nəticəsi - Çelsi”nin böyük hesablı qələbəsi (4:1) ona işarə edir ki, məhsuldar erməni hücumçunun meydanda olması “Arsenal”a daha layiqli oynamağa kömək edə bilərdi. Lakin burada hər hansı bir oyunçunun qərarına hörmət edilmədi idi.

Oyunun günü internetdə yayılan video - İndoneziyadan olan tərəfdarların üzərində “Mxitaryan” yazılmış köynəklərlə Bakı küçələrində gəzərkən yerli polis tərəfindən saxlanılması xeyli baxış sayı yığdı. Lakin burada ilişib qalmalı nəsə yox idi. Çılğın azarkeşlər heç bir ittiham olmadan saxlanıldıqları kimi də buraxıldılar.

Bundan başqa, çərşənbə günü Azərbaycanın paytaxtından başqa bir qaynar xəbər gəldi: azarkeşlər arasında dava düşüb. Lakin bu da ingilislərin xarakterik xüsusiyyətidir: Onlar uzaq ehtimalla başqa bir planetə və hətta qonşu qalaktikaya düşmək məcburiyyətində olsalar belə, yumruqları işə salmadan münasibətləri aydınlaşdıra bilmirlər”.

Jurnalist oyun günü çoxlarının stadionun yarıboş olacağını gözlədiyini, amma bəzilərinin bu ümidlərinin də doğrulmadığını bildirib:

“Nəticə olaraq bəziləri təəssüflə, bəziləri isə sevinclə Avropa Liqasının final oyunu zamanı Bakı Olimpiya Stadionunda yarıboş tribunalar görəcəklərini gözləyirdilər. Obyektiv çıxış etsək, tribunalardakı bütün yerlərin dolduğu televiziya efirlərindən belə görünürdü. Bununla belə, qarşı çıxa bilməyəcəyim statistik məlumatlar da var. Bu məlumatlar göstərir ki, Bakı finalı tribunadan 51,370 tamaşaçı izləyib. Bu isə turnir tarixində final oyununa qatılan tamaşaçı sayına görə üçüncü göstəricidir. Sözügedən rekord bir il əvvəl Fransanın Lion şəhərindəki “Olimpik” - “Atletiko” arasında baş tutan oyunda qeydə alınmışdı - 55 768 tamaşaçı. Fərqin elə də böyük olmadığını görürsünüz. Deyə bilərik ki, Azərbaycan paytaxtındakı finalın təşkilatçıları bununla fəxr edə bilər”.

Analizdə o da qeyd olunub ki, London derbisini canlı izləyən azarkeşlərin bir qismi sonradan sosial şəbəkədə tribunanın meydançadan çox uzaqda yerləşdiyi ilə bağlı şikayətlərini paylaşıblar:

“Həmin meydançanın ətrafında yüngül atletika sahələri üçün nəzərdə tutulan yerlər var. Mübahisə etmirik ki, meydança ətrafında olan bu arenalar müasir futbol stadionları dövründə “köhnəlik” kimi görünür. Lakin bu cür faktlar təkcə Azərbaycanda yoxdur. Belə arenalar indiyə qədər Avropada, xüsusilə, futbol üzrə çox da inkişaf etməyən ölkələrdə kifayət qədərdir. İkincisi, hətta bu memarlıq çatımazlığı belə heç bir şəkildə Bakının köhnə qitənin digər 11 şəhəri ilə birgə "Avro-2020"-nin bir sıra oyunlarını keçirməsinə təsir etmir”.

Jurnalist qeyd edib ki, bütün bunlara baxmayaraq, UEFA prezidenti Aleksandr Çeferin Avropa Liqasının finalına hazırlıqla bağlı təşkilatçıların gördüyü işi yüksək dəyərləndirib.

Sonda bildirilib ki, Bakıda hər şey mükəmməl təşkil edilir: “Hər kəs qonaqpərvərdir və hər şey əla görünür. Dürüst olmaq lazımdırsa, mən bu iddiaları başa düşmürəm və buna əsas görmürəm”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm