Nida Xəbər
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-da qaldırıldı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında qadın hüquqlarının qorunması ilə bağlı problemlər iki mərzuzədə təqdim olunub və müştərək keçirilən bu müzakirələrdə 60-dan çox deputat iştirak edib.
Publika.az xəbər verir ki, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq Ermənistanın işğalçılıq siyasəti nəticəsində hüquqları pozulmuş və pozulmaqda davam edən yüz minlərlə Azərbaycan qadınının qayğılarından söz açıb. O, Avropa ölkələrində bu və ya digər şəkildə hüquqları pozulan qadınlarla bağlı aparılmış araşdırmaları xatırladaraq bu qəbil statistikaların azərbaycanlı məcburi köçkün və qaçqın qadınların üzləşdikləri haqsızlıqlar fonunda çox sönük göründüyünü bildirib.
O, şəxsi həyatda və cəmiyyətdə fərqli mənzərə ilə qarşılaşıldığını bildirərək, qayğıların çoxunun adətən qadınların zərif çiyinləri üzərinə düşdüyünü deyib. Qadınlar bir növ ailənin və cəmiyyətin əsas sütunlarıdır. Onları lazımınca qoruya bilməsək, ailə sarsılar, cəmiyyətin tarazlığı pozular.
Azərbaycanlı deputat bu sahədə Avropa İttifaqının Əsas Hüquqlar üzrə Agentliyinin 28 üzv dövlətdə apardığı müşahidələrin statistik götəricilərindən, 42 min qadınla aparılmış sorğudan, Avropada 15 yaşından etibarən hər 3 qadından birinin müxtəlif gender bərabərsizliyi fəsadlarına, cürbəcür təzyiqlərə məruz qalmasından söz açıb. ATƏT-in 2018-ci ildə 15 min qadın arasında 8 ölkədə apardığı araşdırma onların 70 faizinin oxşar problemlərlə üzləşdiyini göstərir. Təbii ki, bunlar narahatedici, düşündürücü rəqəmlərir.
“Azərbaycanın artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalı nəticəsində yaranmış nəhəng qaçqın və məcburi köçkünlər ordusu var. Rəsmi statistikaya görə 1990-cı illərin əvvəllərində onların sayı 1 milyona yaxın idisə, indi 1 milyon 200 mini ötüb. Həmin kontingentin isə 60 faizə yaxınını qadınlar təşkil edir. Müxtəlif yaşlarda olan uşaq, gənc, orta yaşlı, yaşlı qadınlar. Avropa İttifaqına üzv olan, yaxud qaçqınsız, məcburi köçkünsüz ölkələrdəki qadınlarla onları eyni müstəviyə qoyaraq müqyisə aparmaq mümkün deyil. Yəni gözümüzü yumub vicdanımızı susduraraq müqayisələr də apara bilərik. Lakin nəyə şahid olcağıq? Başqa ölkələrdə gender bərabərsiliyi ilə bağlı araşdırmalar zamanı qadınlara qarşı çeşidli təzyiqlərlə əlaqədar hansısa böyük, ya kiçik faizlərdən söhbət gedə bilərsə, Azərbaycanın timsalında bu təbəqənin məruz qaldıqlarını xüsusi hesablamağa lüzum yoxdur. Yüz minlərlə qadının hamısı 1988-ci ildən başlayaraq hər gün, hər saniyə əzab içərisində, bir-birindən şiddətli təzyiqlər altındadır. Biz bütün digər qadınlar haqqında bəhs edərkən, ya onları xüsusi bir kateqoriya kimi qeyd etməliyik. Bu isə öz növbəsində diskriminasiyanın başqa bir təzahürü olacaq, ya da faciələrinin əsas cəbəbkarı olan məcburi köçkün və qaçqın damğasının bu qadınların üzərindən götürülməsinə müvəffəq olmalıyıq”,-deyə R. Hüseynov bildirib.
Azərbaycanlı deputat vurğulayıb ki, əvvəlcə münaqişələr həll olunmalıdır. Belə olan halda Azərbaycanın 100 minlərlə qaçqın və məcburi köçkün həyatı yaşayan qadınının, eləcə də eyni dərdə düçar olmuş başqa ölkələrdəki qadınların həyat səviyyəsi yaxşılaşar.
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?