Nida Xəbər
Palata bu qurumu cərimələdi
Maliyyə Bazarlarına Nəzarət Palatası “Mingəçevir Tekstil” MMC-ni cərimələyib.
"Report"un xəbərinə görə, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, “Mingəçevir Tekstil” İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
"Mingəçevir Tekstil" inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 3827, 70 ABŞ dollarının 30%-i, yəni 1148,31 ABŞ dolları (təxminən, 1952 manat) cərimə edilib. MMC-nin qərardan verilən şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.
"Mingəçevir Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti 25 may 2017-cü il tarixində Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və iplik istehsal edən müəssisədir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
