Nida Xəbər
Nərimanovun Gürcüstandakı heykəli bərpa olunur
Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və həkim Nəriman Nərimanovun heykəli və onun adını daşıyan park bərpa olunacaq.
Bu barədə Marneuli rayonunun icra başçısı Zaur Darğallı bildirib.
Onun sözlərinə görə, rayonda olan bütün parkların bərpası nəzərdə tutulub: “Təmir-bərpa işləri zamanı parkların ərazisində yerləşən obyektlər də nəzərə alınacaq. Bu işlərin aparılması ilə bağlı müsabiqə keçiriləcək. Müsabiqəyə təqdim olunan layihələrin həyata keçirilməsi məqsədilə tender elan olunacaq. Marneulidəki bütün parkların bərpasının 2020-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılıb”.
Qeyd edək ki, ötən ay N.Nərimanovun Marneulidəki heykəli daha da qəzalı vəziyyətə düşüb. 1980-ci illərin əvvələrində ucaldılan abidənin postamentində yerləşən mərmər lövhələrin bir neçəsi yerindən qopub, fundamentində çatlar əmələ gəlib. Heykəlin yerləşdiyi parkın təmir-bərpa və abadlıq işlərinə böyük ehtiyacı var. (report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)
















.jpg)
.jpg)
