Nida Xəbər
Əli Kərimli sərbəst buraxıldı - BŞBPİ-dən AÇIQLAMA (YENİLƏNDİ)
Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna zidd olaraq oktyabr ayının 19-da saat 15:00-da metronun «28 May» stansiyasının önündəki meydanda mitinq keçirtməyə cəhd göstəriblər.
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Publika.az-a daxil olan məlumatda bildirilir ki, görülmüş tədbirlərlə bu hüquqazidd hərəkətlərin qarşısı alınıb, onun təşkilatçıları və bəzi iştirakçıları saxlanılaraq barələrində müvafiq tədbirlərin görülməsi təmin edilib.
Saxlanılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olub. O, barəsində müvafiq sənədləşmə aparılması üçün xüsusi avtomobilə yerləşdirilən zaman polis əməkdaşlarına müqavimət göstərib, nəticədə alnı avtomobilin dəmir barmaqlığına dəyərək xəsarət alıb.
Əli Kərimliyə Daxili İşlər Nazirliyinin Hospitalında tibbi yardım edilib, daha sonra izahatı alınaraq sərbəst buraxılıb.
00:07
Milli Şuranın bu gün keçirilən razılaşdırılmamış aksiyasında saxlanılanların əksəriyyəti sərbəst buraxılıb.
Publika.az xəbər verir ki, sərbəst buraxılanlar arasında AXCP sədri Əli Kərimli, onun sabiq müavini Fuad Qəhrəmanlı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və digərləri də var.
Saxlanılan şəxslərin izahatları alınıb, xəbərdarlıq edilərək sərbəst buraxılıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
