Nida Xəbər
Azərbaycanda görünməmiş hadisə: 64 yaşında əkiz uşaq dünyaya gətirdi – VİDEO
Bu gün Azərbaycanda bir ilk yaşanıb. Şəhər xəstəxanalarının birində 64 yaşlı azərbaycanlı qadın dünyaya əkiz uşaqlar gətirib.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, süni mayalanma ilə hamilə qalan qadın hamiləlik boyu dərman qəbul etməyib.
Daha sonra adının açıqlanmasını istəməyən ananın həkimi, ginekoloq Cəlaləddin Örnek əməliyyat prosesindən və ana və körpələrin səhhətindən danışıb: “Çox xoşbəxtik,növbəti dəfə bir qadına analıq sevincini yaşatdıq. Pasientimiz bizə yaxınlaşanda ana olmağı çox istədiyini dedi. Öncə ana olmaq istəməyib, illər sonra isə ana olmağa hazır olduğunu düşünsə də, qismət olmayıb. Müəyyən müalicə prosesi keçdikdən sonra süni mayalanma etdik. Qadın ilk dəfədir ki, süni mayalanma prosesi keçirdi. Orqanizmi çox sağlam idi, 25 yaşlı qadının belə orqanizmi olur. Hamiləlikboyu dəmir preparatı içdi. Əlavə heç bir dərmandan istifadə edilmədi. Çox sağlam şəkildə qidalanırdı. Bu gün əməliyyat da uğurlu keçdi. Bir qız və bir oğlan övladı dünyaya gəldi. Onların da sağlamlıq durumu yerindədir”.
Əməliyyatda iştirak edən digər ginekoloq Elnurə Mustafayeva isə xanımlara səslənib. O, bildirib ki, qadınlar ana olmaq üçün gecikməsin: “Əməliyyat çox yaxşı keçdi. Həyəcanlı idik. Çünki bir ilkə imza atırdıq. Dünyada 6 və ya 7 qadın var ki, 64 yaşından sonra uşaq dünyaya gətirib. Bəzi qadınlar düşünür ki, menepoza girdikdən sonra övlad sahibi ola bilməyəcəklər. Amma süni mayalanma yolu ilə onların ana olması mümkündür. Bizim ən yaşlı pasientimiz 51 yaşlı qadın olub. Amma bu gün 64 yaşlı qadını xəyallarına qovuşdurduq. Sizin vasitənizlə qadınlara səslənirəm. Ana olmaq üçün illərlə gözləməsinlər, orqanizm hər yaşda öz sözünü deyir, ona görə də vaxtında ana olsunlar”.
-
Kriminal23:00Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi
-
Magazin120:36Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki...
-
Hadisə20:12İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi
-
Kriminal20:0010 min manat oğurlayıb brend geyimlər aldı
-
Ekopublika.az18:30Azərbaycanda ödəniş kartları ilə bağlı yenilik tətbiq ediləcək
-
Sosial16:19Şimşək çaxacaq, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq
-
Sosial15:42Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:30Prezident fərman imzaladı






































