Nida Xəbər
Elmar Məmmədyarov Toivo Klaar ilə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, T.Klaar Azərbaycanın Qoşulmama Hərəkatının Zirvə görüşünə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün təbrik edib.
E.Məmmədyarov Qoşulmama Hərəkatının 18-ci Bakı Zirvəsinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş müddəanın əhəmiyyətini vurğulayaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyinin tanınmaması və iqtisadi fəaliyyət də daxil olmaqla bu vəziyyətin saxlanılmasına hər hansı dəstəyin göstərilməməsi mövqeyinin 120 dövlət, yəni beynəlxalq ictimaiyyətin üçdə ikisi tərəfindən dəstəkləndiyini qeyd edib.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı durumu barədə qarşı tərəfə məlumat verib. Münaqişənin beynəlxalq ictimaiyyətin tələbinə uyğun olaraq, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll edilməsinin vacibliyini qeyd edilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)

.jpg)



























