• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Prezidentin yüksək vəzifə verdiyi 42 yaşlı Gündüz Kərimov kimdir? - DOSYE/FOTO

Prezidentin yüksək vəzifə verdiyi 42 yaşlı Gündüz Kərimov kimdir? - DOSYE/FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Gündüz Kərimov Prezident Adminstrasiyasının şöbə müdiri vəzifəsinə təyin edilib.

Publika.az xəbər verir ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib.

1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib.

1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş “Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb.

2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.

2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə “Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edibr.

1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.

2002 – 2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011 - 2014 - BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

2014 – cü ildə indiyədək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəri təyin edilib.

Son olaraq Azərbaycanın Birinci Vitse-prezidentinin köməkçisi vəzifəsini tutub.

Evlidir, iki övladı var.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR