Nida Xəbər
Təbii qazın limiti bahalaşdı? - ''Azəriqaz''dan RƏSMİ AÇIQLAMA - VİDEO
Son günlər sosial şəbəkələrdə və internet saytlarında təbii qazın illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, bu kimi məlumatlar geniş yayıldığından əhali arasında ajiotaj yaradıb.
''Azəriqaz'' İstehsalat Birlyinin mətbuat katibi Ceyhun Səfərov məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, yayılan məlumatlarla bağlı ''Azəriqaz''ın ''104 və 185'' saylı qaynar xəttinə də paytaxtdan və regionlardan xeyli abonent müraciət edib. Onun dediyinə görə, yayılan məlumatlar əsassızdır. Yalnız illik istehlak həcimi 2200 kubmetri keçən abonentlər limitdən artıq hissənin ödənişini 20 qəpikdən etməlidirlər.
Ceyhun Səfərov deyib ki, 2019-cu il ərzində Azərbaycanda 85% qaz istifadə edən abonent 2200 kubmetri keçməyib. Yəni onların qaz istifadəsi hər kubmetrə görə 10 qəpikdən hesablanıb.
''Azəriqaz'' İstehsalat Birlyi insanlara belə yalan məlumatlara inanmamağı və diqqətli olmağı tövsiyə edir.
Qeyd edək ki, ötən ilin aprelin 30-da Tarif Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.
Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. (Xezerxeber.az)
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov








.jpg)

.jpg)

.jpg)
.webp)


.jpg)



















