Prezidentə təşəkkür məktubları gəlir: Sözlərinizi xatırladım və yalnızlıq məni tərk etdi
Bizi izləyin

Nida Xəbər

Prezidentə təşəkkür məktubları gəlir: Sözlərinizi xatırladım və yalnızlıq məni tərk etdi

Azərbaycanda koronavirus pandemiyasına qarşı aparılan ardıcıl siyasət və dünya ölkələrində yaşayan həmvətənlərimizə dövlət dəstəyinin verilməsi ölkəmizdə və xaricdə yaşayan azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Publika.az xəbər verir ki, sön günlərdə dövlət başçısı, Prezident İlham Əliyevə ünvanlanan təşəkkür məktubları da bundan xəbər verir. Türkiyənin Adana şəhərindən Prezidentə məktub yazan
Vüsalə Abdulova qeyd edib:

Möhtərəm cənab Prezident.
Mən Türkiyənin Adana şəhərində yaşayıram. Hemofiliya xəstəliyindən və autizm sindromundan əziyyət çəkən 14 yaşlı oğlum - Allahverdi Salmanov evdə pilləkənlərdən yıxılmış və aldığı zərbədən beyninə qan sızmışdı.
Yaşadığım Adana şəhər Uşaq Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində ölümlə çarpışan oğlumun yanında bir neçə gün yalnız qaldım. Sizin “Mən bütün dünyadakı azərbaycanlıların Prezidentiyəm” sözünüzü xatırlayan kimi bu yalnızlıq məni tərk etdi. Son dövrlər Sizin tapşırıqlarınıza uyğun olaraq Azərbaycan hökumətinin Türkiyədəki soydaşlarımıza göstərdiyi maddi və mənəvi yardımları yada saldım. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edərkən “Azərbaycan dövləti arxanızdadır” sözlərini eşitdim. Oğlum zəruri dərman preparatları ilə pulsuz təmin olundu. Bu, həm də mənə böyük mənəvi dayaq oldu. Çətin günlərdə özümü yalnız hiss etmədim.
Sevimli dövlət başçımız, Siz siyasətinizin mərkəzində məhz xalqımızın dayandığını bir daha nümayiş etdirdiniz. Hazırda oğlumun müalicəsi davam edir. Bu ağır günlərimdə mən hər an Sizi arxamda hiss etdim.
Dünya ölkələrinin iflic vəziyyətdə olduğu günlərdə bütün qüvvələri səfərbər edərək ölkəmizi qoruduğunuza, həm də xaricdə yaşayan azərbaycanlılara yardım etdiyinizə görə çox sağ olun. Azərbaycan Sizinlə yenilməzdir. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Abdulova Vüsalə Novruz qızı.
Türkiyə Respublikası, Adana şəhəri.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm