Nida Xəbər
39 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu
Koronavirusun yayılması ilə sərhəd buraxılış məntəqələrinin bağlandığına görə İranda qalan 39 Azərbaycan vətəndaşı Astara sərhəd buraxılış məntəqəsi ilə öz ölkəsinə qayıdıb.
Trend-in məlumatına görə, bunu İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonu sərhəd buraxılış məntəqəsinin direktoru Mənsur Babayi deyib. Onun sözlərinə görə, İranda tələbə olan Azərbaycan vətəndaşları Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü və iki ölkə rəsmilərinin koordinasiyası ilə bu gün öz ölkəsinə qayıdıb.
Babayi əlavə edib ki, İranın Astara sərhəd buraxılış məntəqəsində azərbaycanlı tələbələrin bədən temperaturu ölçülüb.
Gömrük rəsmisi deyib ki, 1 martdan Astara sərhəd buraxılış məntəqəsi vətəndaşların keçidi üçün bağlanıb və bu proses 1 iyuladək davam edəcək.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə bildirib ki, bu gün İran-Azərbaycan sərhəddinin Astara sərhəd buraxılış məntəqəsindən 39 Azərbaycan vətəndaşı təxliyə olunub.
O qeyd edib ki, 39 Azərbaycan vətəndaşı artıq Vətənə qaytarılıb.
Qeyd edək ki, koronavirusun yayılması ilə bir çox ölkə arasında sərhəd buraxılış məntəqələri bağlanıb.
İranda bu günədək (24 iyun) 212 501 nəfər koronavirusa yoluxub, 9 996 nəfər ölüb, 172 096 nəfər sağalıb.
-
Kriminal20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim

















.jpg)
















.jpg)
