Nida Xəbər
Siyavuş Novruzov: Siyasi partiyalar özünə 5-6 QHT yaradaraq...
QHT-lərin xaricdən qrant almasına məhdudiyyətlər ona görə qoyuldu ki, maliyyənin gəldiyi və xərcləndiyi mənbə bəlli deyildi.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında komitə sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bir çox siyasi partiyalar özünə 5-6 QHT yaradaraq bu yolla maliyyələşirdilər: “Ona görə də belə bir məhdudlaşdırıcı qanun qəbul edildi. Bu da şəffaflıq yaratdı”.
Qeyd edək ki, Milli Məclis “Qrantlaq haqqında” Qanun layhəsini müzakirəyə çıxarıb. Qanunun 4-cü maddəsinə “4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər” məzmunda maddə əlavə edilib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































