Nida Xəbər
Əlaqələri möhkəmləndirmək üçün böyük potensialımız var - Səfir
İranın 15 qonşu ölkəsi var. Ancaq bir daha demək istəyirəm ki, Azərbaycanla münasibətlərimiz nümunəvi münasibətlərdir. Məsələn, İranın cənubunda yerləşən Körfəz ölkələrinin bəziləri ilə yaxşı, bəziləri ilə isə yaxşı olmayan münasibətlərimiz var. Lakin sizin dediklərinizi qəbul etmək olmaz.
Publika.az xəbər verir ki, bunu İran səfiri Seyid Abbas Musəvi İranın Ermənistanla münasibətlərinin daha sıx olmasına dair sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, Azərbaycana gəlməzdən öncə İranın əksər sahələr üzrə səlahiyyətli şəxslərilə görüşüb: “Həmin səlahiyyətli şəxslər mənə bildirdilər ki, bizim Azərbaycanla münasibətlərimizi möhkəmləndirməklə bağlı məhdudiyyət yoxdur. Ümid edirəm ki, mövcud olan hansısa anlaşmazlıq da aradan qalxacaq və görmək mümkün olacaq ki, əlaqələri möhkəmləndirmək üçün nə qədər böyük potensialımız var. İran və Azərbaycan rəsmiləri bu iradənin arxasındadır”.
Səfir qeyd edib ki, müxtəlif səbəblər üzündən İranla Azərbaycan arasında bəzi layihələr icra olunmayıb: “Bir səbəb iki ölkəyə xarici təzyiqlərlə bağlı ola bilər. Lakin yeni dövrdə biz qərara gəlmişik ki, prioritetləri düzgün seçək və xarici qüvvələrə əhəmiyyət verməyək. İki ölkənin rəhbərləri qərara gəlib ki, icra olunmayan layihələrə diqqət ayrılsın. Digər layihələrə diqqət göstərilməsin. Elə bu səbəbdən də iki ölkə arasında 14 layihəyə diqqət yönəldilib. Bu layihələr barədə Azərbaycan Prezidenti məni qəbul edərkən danışmışam”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
