Nida Xəbər
Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi
Müsavat Partiyasının Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib.
Bu barədə vəkil Aqil Layıc məlumat verib.
O bildirib ki, T.Yaqublunun azadlığına qovuşacağına ümid edir.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.
Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.
Onun barəsində verilən hökmdən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində 28 sentyabr saat 15:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq. (report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
