Nida Xəbər
İzmirin göz yaşını Şuşanın azad olunması xəbərilə silək - Millət vəkili - - FOTO
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsulluğunu ziyarət edib.
Publika.az xəbər verir ki, görüşdə Gəncənin millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov da iştirak edib.
İcra başçısı Egey bölgəsindəki zəlzələ ilə əlaqədar Baş konsul Zəki Öztürkə başsağlığı verib.
Niyazi Bayramov bildirilib ki, Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələnin yol açdığı dağıntı və insan tələfatı Gəncədə böyük kədər və təəssüf hissi ilə qarşılanıb: “Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz iki dövlət olsaq da ,bir millətik. Xalqımız hər zaman dost və qardaş Türkiyənin yanındadır. Ölkə başçısı Prezdent İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu çətin anlarda öz qardaşlarına hər cür yardım göstərməyə hazırdır”.
Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, qardaş Türkiyə hər zaman qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın yanında olduğunu bildirib. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyəyə dəstəkdir: “Sizin kədəriniz bizim kədərimizdir. Arzumuz budur ki, tezliklə İzmirin göz yaşını Şuşanın işğaldan azad olunması xəbərilə ilə silək”.
Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verilib, yaralılara Allahdan şəfa dilənib.Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk öz növbəsində göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi








.jpg)









.jpg)


















.jpg)