Nida Xəbər
Azərbaycan düşməni yerlə-yeksan edəcək YENİ QIRICILAR ALIR: razılıq ƏLDƏ OLUNDU - VİDEO
Video əlavə olunub.
***
Azərbaycan nəhayət Pakistan-Çin birgə istehsalı olan JF-17 (Block III) qırıcı-bombardmançılarını almağa qərar verib və tezliklə bu təyyarələrin ilk partiyası Hərbi Hava Qüvvələrinin sərəncamına veriləcək. Bu məlumat Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mücahid Əhməd Xanın ötən həftə Bakıda apardığı danışıqlardan sonra bəzi yerli və Rusiya mənbələrində yayılıb. Həmin danışıqlarda o cümlədən Pakistanda Azərbaycan HHQ üçün pilotların hazırlanması müzakirə edilmişdi.

Azərbaycanın JF-17 qırıcılarına maraq göstərdiyi, onları almaq üçün danışıqlar apardığı illər əvvəldən məlum idi. Lakin bəzi məlumatlara görə, həmin təyyarələrin göstəriciləri Azərbaycanı o qədər də qane etmədiyi üçün müəyyən tərəddüdlər olub. Hərçənd daha sonra qırıcıların modernizə edilmiş ən yeni versiyasının (Block III variantı) alınması barədə anlaşma əldə edilib.
Bildirilir ki, Pakistan Azərbaycana yaxın 10 ildə 21 ədəd JF-17 qırıcısı təchiz edəcək. Onların ilk partiyası bu ilin birinci yarısında çatdırılacaq. Azərbaycanın qırıcıların dəyərini neft və neft məhsulları ilə ödəməsi planlaşdırılır. Modernizə ediləndən sonra qırıcıların göstəriciləri Azərbaycanı qane edir və onlar eyni sinifdən olan digər qırıcı-bombardmançılardan geri qalmır. JF-17 qırıcılarının alınması Azərbaycanın Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını xeyli genişləndirəcək. (Virtualaz.org )
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
