Nida Xəbər
İdarələrarası Mərkəzdə Aydın Kərimovla görüş keçirildi
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçirilmişdir.
Publika.az xəbər verir ki, görüş zamanı qurumlararası əlaqələndirmə funksiyasını yerinə yetirən İdarələrarası Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilmiş və xüsusi nümayəndəliyin vəzifələri və fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarələrarası Mərkəzlə birgə görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.
Habelə, görüşdə dövlət başçısının təşəbbüsü və müvafiq Sərəncamı ilə yaradılmış Prezidentin xüsusi nümayəndəsi institutunun işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sistemli, ardıcıl və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi istiqamətində İdarələrarası Mərkəz və onun nəzdində fəaliyyət göstərən İşçi Qruplarla qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilmişdir. Gələcəkdə Prezidentin xüsusi nümayəndələrinin iştirakı ilə İdarələrarası Mərkəzin müvafiq İşçi Qruplarının birgə iclaslarının da keçirilməsinin zəruriliyi vurğulanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
