Nida Xəbər
“Dağlıq Qarabağda baş verənlər göstərdi ki...” - “Defence News” yazır
Əvvəlcə Liviyada Türkiyə pilotsuz təyyarəsinin Rusiyanın “Pantsir” hava hücumundan müdafiə kompleksini məhv etdiyinə dair video yayıldı. Sonra Dağlıq Qarabağda yenə də Rusiyanın veteran hava hücumundan müdafiə kompleksi S-300 İsrail istehsalı olan “Harop” kamikadze-dronu ilə vuruldu. Dağlıq Qarabağdakı və Liviyadakı ötən münaqişələr göstərdi ki, pilotsuz döyüş platformaları getdikcə daha çox onların məhv edilməsi üçün nəzərdə tutulan yerüstü sistemlərin öhdəsindən gəldiyini, ardınca isə əlçatan vəziyyətə düşmüş qoşunlara hücumun yolunu açdığını göstərir.
Bu cümlələr “Defence News” nəşrinin pilotsuz sistemlərin müasir müharibələrdəki roluna dair məqaləsindən götürülüb. Nəşr yazır ki, dronlarla hava hücumundan müdafiə sistemləri arasında qüvvələr balansı yaxın gələcəkdə qlobal müharibələrə açar olacaq.

“Liviya, Suriya və Dağlıq Qarabağ bizə bunu göstərdi ki, əgər mövcud hərbi qüvvələr öz hava məkanını etibarlı müdafiə edə bilməsə PUA-ların genişmiqyaslı istifadəsi həyatı olduqca təhlükəli edəcək”,-Londondan Royal United Service insitutunun elmi əməkdaşı Castin Bronk bildirib.
Nəşr xatırladır ki, Türkiyənin “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin İsrail istehsalı olan kamikadze-dronlarla birlikdə, effektiv şəkildə tətbiq edilməsi Azərbaycan ordusuna azı 134 erməni tankını məhv etməyə imkan verib. Bu, Azərbaycan ordusunun vurulan tanklarının sayından azı 6 dəfə çoxdur. (virtualaz.org)
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





