Nida Xəbər
Diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” SES-lə tanış oldular
Martın 6-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Laçın rayonuna səfər ediblər. Səfər Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilib.
Publika.az xəbər verir ki, səfər çərçivəsində diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər erməni vandallarının qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olublar.
Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiət ediblər.
Səfər iştirakçıları Laçında “Azərenerji” ASC-nin "Güləbird" Su Elektrik Stansiyası ilə tanış olublar.
“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev işğaldan azad edilən ərazilərin mövcud və perspektiv elektrik təchizatı barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası bu il fevralın 15-də Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Erməni qəsbkarları işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdəki kimi, bu stansiyanı da darmadağın etmişdilər. Dövlətimizin başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.
“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
-
Dünya01:11Günəşdə güclü alışma baş verdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qarşı tərəfə dəyər vermək arasındakı qızıl balansı tapın
-
Kriminal17 Noyabr 23:48Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin FOTOLARI
-
İdman17 Noyabr 23:24“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"
-
Magazin217 Noyabr 21:48Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
-
Avto17 Noyabr 20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman17 Noyabr 20:12Millimizdən möhtəşəm qələbə
-
Kriminal17 Noyabr 19:4823 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı







.jpg)

.png)

.webp)


























.jpg)