Bu, Azərbaycana əlavə dividendlər qazandıracaq - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Bu, Azərbaycana əlavə dividendlər qazandıracaq - ŞƏRH

Formula-1 yarışlarının və 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi üçün yüksək tələblərə cavab verən idman obyektləri, çox sayda ziyarətçiləri qəbul edəcək otel şəbəkəsi, müxtəlif dünya mətbəxləri, nəqliyyat infrastrukturu və s. amillər olmalıdır. Beynəlxalq təşkilatlar tədbir keçirərkən ilk növbədə turistlərin təhlükəsizliyini də nəzərə alır. Azərbaycan cənab Prezidentin apardığı düzgün siyasət nəticəsində bütün bu tələblərə cavab verən yüksək infrastruktur və təhlükəsizliyi qura bilib. Bunun nəticəsidir ki, ciddi rəqabət olmasına baxmayaraq, Azərbaycan futbol üzrə Avropa çempionatının 4 oyununun keçirilməsinə dair razılıq əldə edə bildi.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzazadə deyib.

Millət vəkili qeyd edib ki, dünyanın 24 ölkəsində keçirilən Formula-1 yarışları koronavirus pandemiyası səbəbiylə təxirə düşmüşdü:

“Bir sıra məhdudiyyətlər hələ də qalmaqdadır, bununla belə hazırda ciddi hazırlıqlar gedir və ölkədə epidemioloji vəziyyət gündən-günə yaxşılaşır. Bir vaxtlar gündə 4500 yoluxma sayı var idisə, bu gün 200-300 yoluxma sayı qeydə alınır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda dövlətçilik məsələləri yüksək səviyyədə həll olunur. Bu, bir tərəfdən Azərbaycanın cəlbedici ölkəyə çevirir, digər tərəfdən nüfuzunun artmasına səbəb olur. Azərbaycan artıq Dağlıq Qarabağ münaqişəsi ilə və ya neft istehsal edən ölkə kimi tanınmır, inkişaf etmiş qeyri-neft sektoru, müasir tələblərə cavab verən həyat şəraiti, günü-gündən artan büdcəsi və beynəlxalq aləmdə yüksək nüfuzu ilə tanınır. Azərbaycana gələn hər xarici vətəndaş yarışı izləməklə yanaşı ölkə haqqında təsəvvürləri də yaranır və yenidən gəlmək istəyir. 2 il əvvəl Bakıda keçirilən Avropa Çempionatının finalından sonra xaricdən gələn azarkeşlərdən 3000 nəfər Azərbaycanda qalma müddətinin artırılması ilə bağlı müvafiq orqanlara müraciət etmişdi. İldən-ilə bu rəqəm artmaqdadır. Bir sözlə, Azərbaycan göstərir ki, müstəqil dövlət qura bilir, günün tələblərinə cavab verən infrastrukturu var və daha da olacaq. İşğaldan azad olunan ərazilər bərpa ediləndən və ağıllı kənd, qəsəbə və şəhərlər salınandan, hava limanları tikiləndən sonra hesab edirəm ki, Azərbaycana gələnlərin və beynəlxalq tədbirlər keçirtmək istəyən təşkilatların sayı durmadan artacaq”.

Aydın Mirzəzadə qeyd edib ki, mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi əlavə dividendlər qazandıracaq:

“Azərbaycana yeni texnologiyaların gəlməsi üçün çox yaxşı bir şərait yetişir. Bu günlər Azərbaycanda qənaətli elektrik lampası istehsal edən dünya şöhrətli şirkət rəhbəri işğaldan azad olunan rayonlarda işıqlandırılmasının qurulması perspektivlərini cənab Prezidentə təqdim etdi.

Ümumilikdə bu yarışlar Azərbaycana əldə edilən nailiyyətləri daha da təkminləşdirməyə və daha müasir yanaşmanı tətbiq etmək imkanı verəcək. Bir sözlə, bu yarışlardan həm dünya, həm də Azərbaycan qazanır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm