Nida Xəbər
Oxçuçayla bağlı "Cronimet" şirkətinə bəyanat göndərildi
ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşmiş diaspor təşkilatlarının liderləri Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirilməsinə etiraz olaraq "Cronimet" şirkətinin Amerikadakı ofislərinə bəyanat göndəriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, bəyanatda Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyinə diqqət cəlb edilib. Bu səbəbdən ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, çay sularından suvarmada istifadənin təhlükəli olduğu, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki konvensiyasının tələblərini kobud şəkildə pozduğu barədə ətraflı məlumat verilib.
Müraciəti Azərbaycan–Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika– Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta–Azərbaycan İcmasnın nümayəndəsi Əsmər Qarayeva, Florida–Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota–Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı və Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova imzalayıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)
















.jpg)
.jpg)
