Nida Xəbər
Eldəniz Səlimovun deputat toxunulmazlığı ləğv olunacaq? - RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Milli Məclisin İntizam komissiyası deputat Eldəniz Səlimovun polisi döyməsini müzakirə edəcək.
Bəs Eldəniz Səlimovun aqibəti necə olacaq?
Milli Məclisin İntizam komissiyası sədrinin müavini Fəzail Ağamalı Publika.az-a açıqlamasında bildirib ki, məsələ artıq kifayət qədər ciddidir:
“Məsələnin araşdırılması Respublika Baş Prokurorluğuna təqdim olunub. Ona görə də biz Prokurorluğun aparmış olduğu araşdırmaların nəticələrini gözləməliyik. Bundan sonra Millli Məclis qanuna söykənərək özünün barışmaz, prinsipial mövqeyini ortaya qoyacaq. Hazırda məsələ kifayət qədər problemlidir. Çünki bunun üçün Milli Məclisin sessiyası çağırılmalıdır. Növbədənkənar sessiyanın çağırılması üçün imzalar toplanmalıdır. Nəzərə alaq ki, indi hamı məzuniyyətdədir. Hazırda hər kəs öz qayğıları ilə məşğuldur. Düşünürəm ki, hazırda bu məsələnin yerinə yetirilməsi çətindir. Məlum olay qeyri-adi hadisə, dövlət xarakterli, millətin taleyi ilə bağlı bir məsələ olmadığı üçün bunu sentyabra qədər gözləmək olar”.
Deputat vurğulayıb ki, bu vaxta qədər Respublika Baş Prokurorluğu özünün araşdırmasını aparmalıdır: “Materiallar prokurorluğa dünən və ya bu gün təqdim olunubsa, Respublika Baş Prokurorluğu bu işlə bağlı ən azı 15-20 gün araşdırma aparmalıdır. Çünki kifayət qədər ciddi məsələdir. Bu müddət də bizim məzuniyyətimizin bitməsi ərəfəsinə düşür. Fikrimcə, bu məsələ sentyabrda müzakirəyə çıxarıla bilər. Respublika Baş Prokurorluğunun hansı qərar qəbul etməsindən asılı olaraq, Milli Məclisin İntizam komissiyasında bu məsələyə hüquqi qiymət veriləcək. Prokurorun gəldiyi nəticə önəmlidir”.
Fəzail Ağamalının sözlərinə görə, əgər Baş Prokurorluq Eldəniz Səlimovun deputat toxunulmazlığının götürülüb haqqında cinayət işinin açılması təklifini ortaya qoyarsa, o zaman bu məsələ Milli Məclisin plenar yığıncağında müzakirə olunacaq: “Deputatın toxunulmazlığı götürülür. Sonra haqqında cinayət işi açılır. Bundan sonra müvafiq prosedurlar həyata keçirilir. Belə də ola bilər, məsələ Milli Məclisin rəhbərliyinə təqdim olunur, rəhbərlik İntizam komissiyasına bu məsələni bir daha araşdırmaq üçün göndərir. İntizam komissiyasının qərarına uyğun olaraq plenar yığıncaqda deputat mandatından məhrumetmə məsələsi müzakirəyə çıxarılır. Yox, ondan aşağı cəzalar verilirsə, bu, İntizam komissiyasının qərarı ilə həll olunur. Gəlin, nəticələr haqqında tələsməyək. Respublika Baş Prokurorluğunun istintaqının araşdırmalarının nəticələrini gözləyək”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, Eldəniz Səlimovla bağlı Daxili İşlər Nazirliyindən göndərilən materiallar araşdırılır və tezliklə bununla bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
