Nida Xəbər
Spikerdən Tahir Kərimliyə SƏRT CAVAB: Görüm ondan sonra siz belə danışa bilərsiniz?
Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimlinin sözləri spikerin etirazına səbəb olub.
Publika.az xəbər verir ki, T.Kərimli İntizam Komissiyasının qərarını dəstəklədiyini deyib.
Daha sonra hadisə haqda danışarkən bildirib ki, polisin yiyəsi var, deputatın yiyəsi yoxdur: “Rayonlara gedəndə polislər bizə hərbi salam verirdi, indi biz onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq”.
Milli Məclisin sədri Sahibə Qafarova deputatın çıxışına sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır: “Şəxsən mən sizi kabinetimə dəvət edəcəyəm. Ortada səs yazısı var. Mən özüm kabinetdən çıxacağam və sizi 10 dəqiqəlik səs yazısına qulaq asmağa məcbur edəcəyəm! Ondan sonra görüm siz belə danışa bilərsiniz, yoxsa yox?! Sizin çıxışınız məni məyus etdi”.
Asif Nərimanlı
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar










.jpg)
.png)



.jpg)




.jpg)

.jpg)











