Nida Xəbər
Qazaxın 7 kəndi qaytarılır? - Rus sülhməramlıları ƏRAZİYƏ GƏLDİ
Bu gün Əskipara kəndinə Rusiya sülhməramlıları, Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuları və digər rəsmi şəxslər gəlib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan yerli mənbələrə istinadla məlumat yayıb.
Erməni jurnalistin sözlərinə görə, hazırda Tavuş rayonundakı Azərbaycan anklavlarının geri verilməsi prosesi gedir:
"Əvvəllər də biz bildirirdik ki, SSRİ-nin xəritəsi Tavuşda da istifadə olunarsa, biz Əskipara strateji yolundan daha istifadə edə bilmərik. Azərbaycan bütün yolu öz nəzarətinə götürəcək, çünki SSRİ-nin xəritəsinə görə, bura onların ərazisidir”.
Erməni jurnalist bildirib ki, Əskipara ilə bərabər, daha bir neçə kəndin də geri veriləcəyi gözlənilir.
Qeyd edək ki, Qazaxın 7 - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli - kəndlərinin, o cümlədən Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndinin geri qaytarılması aylardır müzakirə edilir.
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?
-
Sosial30 May 20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin130 May 20:12Qızları Rəvanın toyunda - VİDEO









.jpg)
















.jpg)









