Nida Xəbər
Azərbaycanın İstanbuldakı baş konsulu Marmarisə getdi - FOTO
Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva tüğyan edən meşə yanğınları ilə bağlı Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda olub.
Publika.az xəbər verir ki, Marmaris bələdiyyə sədri Mehmet Oktay ilə keçirilən görüşdə rayondakı vəziyyət, Azərbaycan yanğınsöndürənlərinin iştirakı məsələləri müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin fədakarlığını yüksək dəyərləndirən Marmaris bələdiyyə sədri Mehmet Oktay dövlətimizin başçısı başda olmaqla bütün xalqımıza səmimi salamlarını və təşəkkürünü çatdırıb.
Sonra FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən nazir müavini general-leytenant Etibar Mirzəyev və Baş konsul Nərminə Mustafayeva Marmaris bölgəsində fəaliyyət göstərən yanğın böhran məntəqələrindən birində olublar. Burada Azərbaycan rəsmlərinə rayondakı vəziyyətlə bağlı ətraflı məlumat verilib.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi








.jpg)









.jpg)


















.jpg)