Nida Xəbər
General Hikmət Mirzəyev veteranlarla görüşdü - FOTO/VİDEO
Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Xüsüsi Təyinatlı Qüvvələrdə anım mərasimi və veteranlarla görüş keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, mərasimdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanların əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb. Anım mərasimində Xüsüsi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, veteranlar və qazilər iştirak edib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.
Bu gün keçirilən anım tədbirləri ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Hazırda da bir çox təlimlər icra edilməkdədir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
