Nida Xəbər
Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıldı - QƏRAR
Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.
Publika.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) bununla bağlı qərarı “Resmi Gazete"də dərc olunub.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə ölkə parlamentinə göndərilən qanun layihəsi müzakirələrdən sonra təsdiqlənib.
Qərara əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.
Vurğulanıb ki, qərar Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsinə əsaslanır. Bu, atəşkəsin qorunması, təxribatların qarşısının alınması, regionda sülh və sabitliyin təmin olunması məqsədi daşıyır.
Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
