Nida Xəbər
Çağırışçıların bölgüsü elektron qaydada aparılır
Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan Nazirliyin baş idarə və idarə rəisləri, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının məsul vəzifəli zabitlərindən ibarət komissiyanın növbəti toplantısı keçirilib.
Publika.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantıda Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü həyata keçirilib.
Ali Baş Komandanın müvafiq sərəncamına əsasən “2022-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgü prosesi elektron qaydada xüsusi kompüter proqramı vasitəsilə tam şəffaf şəkildə icra olunur.
Çağırışçıların hərbi hissələr üzrə bölgü prosesində onların ixtisasları, əks-ərazi prinsipi nəzərə alınır, yüksək fiziki hazırlığa malik olanların Xüsusi Təyinatlı Qüvvələrə və ya Komando hərbi hissələrinə göndərilməsinə üstünlük verilir. Eyni zamanda ailənin tək övladı olan gənclərin xidmətini davam etdirmək üçün ehtiyat bölmələrinə yerləşdirilməsi barədə müvafiq tapşırıq verilib.
Bölgü prosesinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri də cəlb olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
