Nida Xəbər
Əlahiddə Sərhəd Diviziyası: Naxçıvan etibarlı müdafiə edilir - FOTO
Cari ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında ən müasir tələblərə cavab verən yeni əsgər yataqxanası, idman kompleksi, “Şərur” sərhəd komendantlığının xidməti-yaşayış kompleksi sərhədçilərin istifadəsinə verilib. 5-ci sərhəd zastavasının inşası başa çatdırılıb.
Publika.az xəbər verir ki, bu barədə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasından bildirilib.
Qeyd edilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması məqsədi ilə sərhəd boyunca siqnalizasiya sistemi yaradılıb və müasir tipli kameralar qurlaşdırılıb. Müasir tələblərə uyğun yeni qərargah binaları, əsgər yataqxanaları, anbarlar, hamam-camaşırxana, yardımçı binalar, sərhədçi ailələri üçün tam şəraitli yaşayış binaları tikilib istifadəyə verilib.
Şəxsi heyətin təminat və təchizatının yaxşılaşdırılması, sərhəd zastavalarının müasir texnika və avadanlıqlarla təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Yaradılan müasir infrastruktur və maddi-texniki təchizat döyüş hazırlığının yüksəldilməsinə və peşəkar kadr təminatına öz töhfəsini verib. Sərhəd komendantlıqlarının xidməti ərazilərində qarşılıqlı fəaliyyət planına əsasən “Dövlət sərhədinin pozulması halları baş verdikdə sərhəd bölmələrinin hərəkəti və sərhəd axtarışının keçirilməsi” mövzusunda Sərhəd Diviziyasının sərhəd komendantlıqlarının sərhəd zastavaları və Çevik əməliyyat taborunun şəxsi heyətinin iştirakı ilə təlim məşqləri keçirilib. Təlimdə əldə olunan təcrübə, şəxsi heyətin qazandığı vərdişlər dövlət sərhədinin etibarlı mühafizəsinə təminat yaradıb.
Müxtəlif ixtisaslar üzrə Mərkəzi Qərargahda keçirilən təlim toplanışlarında zabit heyətinin hazırlanması və təkmilləşdirilməsində Sərhəd Diviziyasının aidiyyəti üzrə bölmələrinin iştirakı təmin olunub.
“Gizir hazırlığı” və “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kurslarında Sərhəd Diviziyası üçün mütəxəssislərin hazırlanması və bu kurslarda hərbi qulluqçuların təhsil alması təşkil olunub.
“Bu gün hər bir sərhədçi ulu öndərimizin və müstəqilliyimizin əmanəti olan dövlət sərhədlərimizi ayıq-sayıq qorumaqla, həm də beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, qaçaqmalçılığa qarşı mübarizə aparırlar”, - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının məlumatında bildirilir.
Qeyd edilir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti yaradılan şərait və göstərilən yüksək qayğını daimi öz üzərində hiss edərək daha da ruhlanır, bundan sonra da Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı sərhədlərini etibarlı qoruyacaq, ayıq-sayıqlıq nümayiş etdirəcək.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat










.jpg)






.jpg)



















