Nida Xəbər
Ombudsman ATƏT-in Varşava sessiyasında çıxış etdi - FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Polşanın paytaxtı Varşavada ATƏT regionuna daxil olan milli insan hüquqları institutları rəhbərlərinin iclası çərçivəsində keçirilmiş sessiyalarda müzakirə zamanı çıxış edib.
Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, Ombudsman Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfinin etdiyi çoxsaylı çağırışlara baxmayaraq təcavüzkar ölkəyə qarşı qəti tədbirlər görülməməsinin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarının pozulmasına səbəb olduğunu qeyd edib. 30 ilə yaxın müddət ərzində BMT-nin icra olunmamış məlum dörd qətnaməsinin Azərbaycan tərəfindən təkbaşına icrasının təmin edildiyi, nəticədə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpa edildiyi diqqətə çatdırılıb. Azərbaycan Ombudsmanı beynəlxalq hüquq normalarının tətbiqində ikili standartların yolverilməzliyinin vacibliyini vurğulayıb.
Bununla yanaşı, Ombudsmanın İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş insan hüquq pozuntularına dair hesabat, bəyanat və müraciətlər toplusu, habelə Ombudsman Aparatı tərəfindən hazırlanmış insan hüquqlarının müxtəlif sahələri ilə bağlı çap vəsaitləri tədbir iştirakçıları arasında paylanılıb.
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)

.jpg)
























