Nida Xəbər
Vilayət Eyvazov MDB ölkələrinin iclasında iştirak edir
Qırğız Respublikasının Çolpon-Ata şəhərində MDB ölkələrin Daxili İşlər Nazirləri Şurasının iclası işə başlayıb. Tədbirdə Azərbaycanı DİN başçısı Vilayət Eyvazov təmsil edir.
Publika.az xəbər verir ki, bu barədə Qırğız Respublikası DİN-in Mətbuat Xidmətinin məlumatında deyilir.
Bildirilir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikasın, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın daxili işlər nazirləri, həmçinin MDB üzvü olan ölkələrin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun nümayəndələri iştirak edir.
İclasda birlik ölkələrində cinayətkarlıqla mübarizə üzrə birgə tədbirləri müzakirə ediləcək, xüsusilə təhlükəli cinayətlərə qarşı mübarizə üzrə dövlətlərarası proqramların icrası barədə məlumatlar dinləniləcək.
Bundan əlavə, iclas iştirakçıları MDB ölkələrinin daxili işlər orqanlarının qarşılıqlı fəaliyyəti, kibercinayətkarlığa qarşı mübarizə, xüsusilə təhlükəli cinayətkarların axtarışı, yeni narkotik vasitələrin qanunsuz dövriyyəsi məsələlərini nəzərdən keçirəcəklər.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)

.jpg)

























