Nida Xəbər
Azərbaycan ŞƏT-in sammitinə qatılacaq, Ermənistan iştirakdan İMTİNA ETDİ
Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlət başçılarının assosiasiyanın genişləndirilməsi ilə bağlı bir sıra qərarların qəbul ediləcəyi sammiti keçiriləcək.
Publika.az xəbər verir ki, təşkilatın liderləri İran tərəfinin ŞƏT-ə qoşulması ilə bağlı öhdəlikləri haqqında memorandum imzalayacaq, bundan sonra İslam Respublikası müvafiq öhdəlikləri yerinə yetirəcək və rəsmi giriş prosedurunu başa çatdıracaq.
Sammitdə həmçinin Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesi başlayacaq və Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanacaq. Səmərqənddə eləcə də Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul ediləcək.
ŞƏT-in baş katibi Çjan Min bildirib ki, çoxlu sayda ölkə ŞƏT-ə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı olmaq arzusunu ifadə edib. O, təşkilatın yeni üzvlərin qəbulu ilə “regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmənin sistemi ədalətli və ağlabatan istiqamətdə inkişafının təşviqində getdikcə daha mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Son üç ildə ilk dəfə əyani keçiriləcək budəfəki sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin çərşənbə günü axşam onun səfəri ləğv etdiyi məlum olub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
