Nida Xəbər
Ərdoğan da İrəvanı qınadı: "Ermənistanın üzərinə düşür"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ermənistanla münasibətlərin normallaşması prosesini şərh edib.
Publika.az-ın məlumatına görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
O qeyd edib ki, Ankara düşmən deyil, dostlar dairəsini genişləndirməyə çalışır.
“İrəvanın Bakıya doğru atdığı addımlar bizim də addımlarımıza müsbət təsir edəcək”, - Ərdoğan bildirib.
“Erməni diasporu Türkiyə ilə Ermənistan arasında proseslərə müsbət təsir göstərən dialoqun əleyhinədir. Hazırda Ankara və Bakı ilə münasibətlərin normallaşması ilə bağlı İrəvanın kifayət qədər addım atdığını görmürük”, - deyə o bildirib.
Oktyabrın 6-da Praqada Ermənistanın Baş naziri ilə görüşdən danışan Türkiyə Prezidenti deyib: “Mən Ermənistanın Türkiyə və Azərbaycanla dialoqlarının qarşılıqlı əlaqəsi ilə bağlı Ankaranın mövqeyini ona açıq və aydın şəkildə çatdırdım. İrəvandan təsirli addımlar gözləyirik. Hazırda hansısa səviyyəyə çatmaq barədə heç nə deyə bilmərəm. Vəziyyəti müsbətə doğru dəyişə və diasporun addımlarının mənfi təsirini minimuma endirmək yalnız Ermənistanın üzərinə düşür”.
Səxavət
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
