Nida Xəbər
AMEA-nın bu qərarı Ermənistanda ajiotaj yaratdı
Azərbaycan Milli Elmlər Akademiyasının Qərbi Azərbaycanla bağlı qərarları Ermənistanda müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Ermənistan mediası bu qərarı Azərbaycanın tarixi torpaqlara qayıdış siyasətinin ciddi olduğunun nümunəsi kimi təqdim edib.
“Ermənistanın səsi” yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən sonra Qərbi Azərbaycana qayıdış strategiyasını elan edib.
“2020-ci ilin 10 dekabrında Bakıda keçirilən Qələbə paradında İlham Əliyev İrəvanın, Sevanın (Göyçə) və Sünikin (Zəngəzur) Azərbaycanın tarixi əraziləri olduğunu bəyan etdi. Sonrakı dövrdə bu istiqamətdə addımlar atıldı. Qərbi Azərbaycan İcmasının fəaliyyəti genişləndirildi, Azərbaycan Prezidenti açıq mesajlar verdi. İndi də Qərbi Azərbaycanla bağlı məsələlər elmi müstəvidə də davam etdirilir. Rəsmi Bakı “Böyük Qayıdış” strategiyasını hazırlayır”, - sayt yazır.
Sayt bütün bunlara görə Ermənistan hakimiyyətini ittiham edib.
Qeyd edək ki, ötən həftə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb. Bununla yanaşı, Qərbi Azərbaycanla bağlı müxtəlif elmi istiqamətlər üzrə tədqiqatların prioritetliyinin təmin edilməsi, Qərbi Azərbaycan İcması ilə sıx əməkdaşlığın edilməsi, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq miqyasda təbliği, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların keçirilməsi qərara alınıb.
Asif
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov








.jpg)

.jpg)



.jpg)





















