Nida Xəbər
DTX-dan sonra MİT hərəkətə keçdi - Casus şəbəkəsinə növbəti ZƏRBƏ
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) 3 casusunu ələ keçirib.
Publika.az xəbər verir ki, bir il ərzində Türkiyədə fəaliyyət göstərən DGSE casusları MİT tərəfindən aylarla addım-addım izlənilib.
Fransa casusları Türkiyə əleyhinə saxta sənədlərin hazırlanması, rəsmi Ankaranın miqrant siyasəti haqda informasiyaların toplanması işini həyata keçirib.
Məlumata görə, İstanbulda yaşayan və “fəal jurnalist” kimi tanınan suriyalı miqrant Əhməd Katie ailəsi ilə birlikdə sığınacaq almaq üçün Fransa konsulluğuna müraciət edib. Bu müraciətdən sonra DGSE fəaliyyətə keçib və Ə.Katieyə sığınacaq ala bilməsi üçün Türkiyə əleyhinə siyasi və hərbi casusluq etməsini təklif edib. Casusluq fəaliyyətini Ə.Katie ilə yanaşı, İbrahim Şevais və Halis Elnahar həyata keçirib. DGSE bu casuslarla əlaqəni Parisdə fəaliyyət göstərən Hələb Dostları Cəmiyyəti (Coliectif Amis d'Alep) vasitəsilə qurub.
Qeyd edək ki, MİT-dən öncə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti də DGSE-nin casusluq fəaliyyətini ifşa etmişdi. DTX-nin əməliyyatı nətricəsində ölkəmizdə fəaliyyət göstərən Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ələ keçirilib. DTX-dan sonra MİT-in keçirdiyi əməliyyat Fransa kəşfiyyatına növbəti zərbədir.
Asif
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı








.jpg)

.jpg)

.jpg)
.webp)


.jpg)



















