Nida Xəbər
Azərbaycanda bu xidmətə qəbul olan şəxslər and içəcək: İlk dəfə
Azərbaycanda ilk dəfə daimi diplomatik xidmətə qəbul olan şəxslər and içəcək.
Publika.az xəbər verir ki, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan vətəndaşı ilk dəfə daimi diplomatik xidmətə qəbul olunanda vəzifəsinin icrasına başlamazdan əvvəl belə bir məzmunda and içəcək:
“Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət göstərəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, üzərimə düşən vəzifələri qərəzsiz, vicdanla və məsuliyyətlə yerinə yetirəcəyimə, hər zaman diplomatik xidmət əməkdaşı adını uca tutacağıma və Azərbaycan Respublikasını ləyaqətlə təmsil edəcəyimə and içirəm”.
And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayacaq və bu sənəd onun şəxsi işində saxlanılacaq.
-
Sosial17:17Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək
-
Sosial17:00Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
MDB16:27Qırmızı kürünü ən ucuz qiymətə buradan ala bilərsiniz
-
İdman15:07Azərbaycan futbolunda bu oyunlar qumara qoyulub - SENSASİON FAKTLAR
-
Dünya13:24CHP parçalanma və kütləvi istefa astanasında - Kılıçdaroğlu geri dönür?
-
Nida Xəbər 12:59Tokayevdən Bakı və İrəvana çağırış: Tez imzalayın
-
Dünya12:40İsrail mətbuatı Türkiyənin "Ejder"indən yazdı: "Təkərli canavar"dır - VİDEO
-
Dünya11:47Trampın gizli planı üzə çıxdı: Avropa şokda, 4 ölkə hədəfdə






































