Nida Xəbər
Zakir Həsənov Qabor Böröndi ilə görüşdü
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlikdə keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyətindən razılıq ifadə edən nazir Macarıstanın bütün səviyyələrdə Azərbaycana dəstəyini xüsusi qiymətləndirib. Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərdən danışan müdafiə naziri ölkələr arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.
General Q.Böröndi öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı etimad və dostluğa dayanan münasibətlərin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin müsbət təsirini qeyd edib. Görüşdə hərbi əməkdaşlığın gələcək perspektivləri və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində hər iki ölkənin Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan və Macarıstan respublikalarının Dövlət himnləri səsləndirilib. General Q.Böröndi protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
General-polkovnik K.Vəliyev macarıstanlı həmkarı ilə görüşüb.
Görüşdə Azərbaycan və Macarıstan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi qeyd olunub.
-
İqtisadi gündəm20:34Azərbaycanlı iş adamı milyonluq kompleks aldı
-
Region19:30Güclü yağış Türkiyədə fəlakətə səbəb oldu: Ölənlər var - Foto
-
Hadisə18:50Xəzərdə daha bir zəlzələ oldu
-
Kriminal18:30Saxta generalın azyaşlıya işgəncə verən oğlu və sevgilisi ilə bağlı qərar - Foto
-
Dünya16:59ABŞ-İran razılaşmasının qalibi bu ölkədir - 1922-ci ildəki Türkiyə kimi...
-
Avropa16:35Ruttenin Trampa dəstəyi: NATO İran müharibəsinə qoşula bilər
-
Nida Təhlil 16:08Qalibaf müəmması: İranı danışıqlarda Trampın “seçdiyi” şəxs təmsil edəcək?
-
Magazin115:16"Neçə Xalq artistinin əməliyyatını etdirmişəm"






.jpg)



.jpg)


























