Nida Xəbər
Anar Ələkbərov: "Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olundu" - FOTO
Uzun illər dağıdılmış vəziyyətdə qaldıqdan sonra bərpa edilən Zəngilan məscidi XIX Venesiya Arxitektura Biennalesində təqdim olunub.
Bu məscidin Azərbaycanın iştirak tarixində ilk dəfə olaraq nüfuzlu beynəlxalq memarlıq platformasında nümayiş etdirilməsi Qarabağın və Şərqi Zəngəzurun mədəni dirçəlişi və memarlıq vasitəsilə milli kimliyin qorunub-saxlanması istəyini nümayiş etdirir.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Trend-ə müsahibəsində bu hadisənin əhəmiyyətini vurğulayıb:
"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olundu. Bu, Azərbaycanın azad edilmiş torpaqlarına mədəniyyətin, etiqadın və tarixi yaddaşın qayıdışının dünya ictimaiyyətinə canlı nümayişidir".
Ələkbərovun sözlərinə görə, onilliklər boyu dağıdılmış vəziyyətdə qalan Zəngilan məscidi bu gün tarixi irslə müasir yanaşmaları birləşdirən memarlıq fəlsəfəsinin təcəssümüdür. Azərbaycanın hazırda işğaldan azad edilmiş ərazilərində otuz ilə yaxın işğal zamanı yaşayış binaları və infrastruktur dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi, mədəni və dini abidələr təhqir olunub. Xüsusən də Zəngilan məscidi işğal dövründə heyvanların saxlanıldığı tövlə kimi istifadə olunub.
Ərazilər azad olunduqdan sonra Qarabağda və Şərqi Zəngəzurda tarixi, dini və mədəni abidələrin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də tikinti-bərpa işlərinə başlanılıb. Qorunub-saxlanılmış tarixi məscidin yanında yeni bir məscid inşa olunub və bu gün həmin məscid azad edilmiş torpaqların mənəvi və memarlıq dirçəlişinin rəmzi kimi dünyaya təqdim olunur.
Qeyd edək ki, XIX Arxitektura Biennalesində ölkəmiz "Tarazlıq. Azərbaycanın motivləri" adlı pavilyonla təmsil olunur. Pavilyon Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Milli pavilyonun ekspozisiyasına son illərdə Azərbaycan memarlığının dinamik inkişafını əks etdirən mühüm layihələri - "Bakı Ağ Şəhər", "Zəfər Parkı" və "Zəngilan məscidi" daxildir.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO














.jpg)



















