Nida Xəbər
Xankəndidə qondarma rejimin “XİN”inin binası sökülür - VİDEO
Sentyabrın 2-si Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si tarixi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.
Qeyd edək ki, vaxtilə işğal olunmuş ərazilərə səfər edən xarici ermənipərəst siyasətçilərlə bu binada görüşlər keçirilir, bu ərazilərə giriş üçün qanunsuz olaraq vizalar, xarici jurnalistlərin qanunsuz akkreditasiyaları imzalanırdı. Bütün bunlar Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik idi.
Hətta bu gün hərbi cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi keçirilən Babayan və digərləri bu binada oturaraq Qarabağda Azərbaycan bayrağının yalnız bir halda dalğalana biləcəyini, bunun da məhz səfirliyin açılması ola biləcəyini bildirirdilər.
Ona görə də bu binanın sökülməsinə məhz sentyabrın 2-də başlanılmasının böyük siyasi və rəmzi mənası var.
Bu binanın sökülməsi yalnız rəmzi məna daşımır, bu həm də şəhərsalma baxımından əhəmiyyətlidir. Çünki tamamilə yöndəmsiz və şəhər arxitekturasına zidd olan bu binanın Xankəndidə müasir urban planlaşdırmasının bütün parametrləri nəzərə alınmaqla həyata keçirilən şəhərsalma siyasəti və şəhərin gözəlləşməsi prosesi çərçivəsində sökülməsinə ciddi zərurət yaranmışdı.




-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
































