Nida Xəbər
Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
Qazaxıstan Nəqliyyat Nazirliyinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında "Azerbaijan Airlines" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırması yekunlaşmaq üzrədir.
Publika.az "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib.
"Hadisənin cinayət hissəsi ilə Baş Prokurorluq, aviasiya insidentinin texniki araşdırması isə Nəqliyyat Nazirliyi məşğul olur. Nəqliyyat Nazirliyi artıq (öz araşdırmasının - red.) son mərhələsinə yaxınlaşıb. Hazırda mütəxəssislər xarici lisenziyalaşdırma strukturlarından - texnologiya və avadanlıqların, o cümlədən aeronaviqasiya sistemlərinin rəhbərlərindən rəy gözləyirlər. Bu sənədlər alındıqdan sonra nazirlik araşdırmanın öz hissəsini ya bu ilin sonuna qədər ya da gələn ilin əvvəlində tamamlamağa hazırdır", - K.Bozumbayev qeyd edib.
O, cinayət araşdırmasında müəyyən irəliləyişin olduğunu vurğulayıb: "Qonşu dövlətlərin liderlərinin bəyanatlarını görmüsünüz. Ümid edirik ki, həmin ölkələrdə də aparılan təhqiqat işləri tamamlanacaq".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olmaqla 62 sərnişin, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, üç uşaq daxil olmaqla 29 nəfər sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
-
Sosial09:42Bu gün yüzlərlə ailə sevinəcək - Gözlər saat 11:00-a dikilib
-
Avropa09:12Kiyev Moskva görüşündən narahatdır: Qırğın olacaq!
-
ABŞ09:00Sülh danışıqlarında “düyün nöqtəsi” - Moskva və Kiyev nədə anlaşa bilmir?
-
Sosial08:12Plastik torbaların qiyməti QALXDI - VİDEO
-
İKT07:30"ChatGPT"də nə baş verir?
-
Magazin106:16Dilarə Əliyevadan “masculine” FOTOLAR
-
Əmlak04:44Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
-
İdman00:30Sabiq futbolçu 43 yaşında öldü - FOTO


















.webp)






.jpg)














