Nida Xəbər
Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir
Bakıda iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir.
Publika.az xəbər verir ki, komissiyanın həmsədrləri Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayevin və İran İslam Respublikası tərəfindən yol və şəhərsalma naziri xanım Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak edirlər.
Komissiyanın iclasında iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, energetika sahələrində layihələrin icra vəziyyəti müzakirə olunacaq. Xüsusilə, Şimal–Cənub Nəqliyyat Dəhlizinin potensialının tam reallaşdırılması baxımından Rəşt–Astara dəmiryolu xəttinin tikintisi, eyni zamanda iki ölkə üçün prioritet hesab edilən “Xudafərin” və “Qız Qalası” SES-ləri, eləcə də “Ordubad” – “Marazad” SES-ləri layihələri çərçivəsində əməkdaşlıq məsələləri iclasın gündəliyini təşkil edəcək.
İclasda Ağbənd-Kəlalə körpüsünün tikintisinin tamamlanmasından sonra körpünün istismara verilməsi müddətinin də müzakirə ediləcəyi gözlənilir.
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
-
Rəsmi xronika12:20Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?


































.jpg)

