Nida Xəbər
Onlar da Bayramova zəng etdilər - İranın hücumu pislənildi
İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
Publika.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər regionda yaranmış təhlükəsizlik vəziyyəti, xüsusilə də İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları ilə bağlı fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu cür hücumların qəbuledilməz olduğunu vurğulayaraq, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı addımların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Bildirilib ki, mülki əhali və infrastruktur üçün risk yaradan bu kimi hərəkətlər regionda təhlükəsizlik və sabitliyə ciddi təhdid təşkil edir.
Nazir Antonio Tayani mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, həmrəyliyini bildirib. O, regionda sabitliyin bərpa olunmasının əhəmiyyətini qeyd edib.
İtaliya naziri İtaliya vətəndaşlarının Azərbaycan ərazisindən istifadə etməklə təxliyyəsinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Göstərilmiş dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.
Telefon danışığı zamanı tərəflər həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
***
Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Muhi Əl-Din Salem Ahmed azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.
Publika.az xəbər verir ki, C.Bayramov martın 5-də mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların ölkənin suverenliyinə və ərazi bütövlüyünə zidd olduğunu vurğulayıb.
İrandan qeyd olunan hücuma aydınlıq gətirilməsi, izahat verilməsi, üzrxahlıq edilməsi, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsinin tələb edildiyini Sudan tərəfinin diqqətinə çatdırıb.
Sudan naziri bu hücumlardan narahatlıq ifadə edib, mülki infrastrukturun hədəf alınmasının qəbuledilməz olduğunu bildirib.
Nazirlər həmçinin iki ölkə arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
***
Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Publika.az xəbər verir ki, nazirlər arasında keçirilmiş telefon danışığında regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub.
Söhbət zamanı tərəflər Yaxın Şərqdə mövcud vəziyyətin gərginləşməsi fonunda diplomatik səylərin artırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin qorunmasının vacibliyini qeyd ediblər.
Danışıq zamanı C.Bayramov həmkarına martın 5-də Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumları barədə məlumat verib. Bu addımın ölkənin ərazi bütövlüyünə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
E.İbrahimoviç İranın Azərbaycana qarşı etdiyi dron hücumlarını qətiyyətlə pisləyib, bunun narahatlıq doğurduğunu bildirərək, Bakının mövqeyini anlayışla qarşıladığını və Azərbaycanla həmrəy olduğunu qeyd edib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq











.jpg)








.jpg)





.jpg)









