Nida Xəbər
Ceyhun Bayramov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi
Sentyabrın 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər, ikitərəfli tərəfdaşlığın inkişaf perspektivləri, habelə regionda mövcud vəziyyət və regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlər müzakirə olunub.
Yüksək səviyyəli qarşılıqlı səfər və təmasların Azərbaycan-Aİ gündəliyinin irəlilədilməsi və müxtəlif sahələr üzrə genişləndirilməsi baxımından önəminə toxunulub.
Azərbaycan-Aİ münasibətlərinin institusional və hüquqi çərçivəsinin daha da inkişaf etdirilməsi, ikitərəfli Tərəfdaşlıq prioritetləri sənədi üzrə danışıqların yekunlaşması, eləcə də yeni ikitərəfli saziş üzrə danışıqlar prosesinin perspektivləri müzakirə olunub.
Görüş zamanı Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında normallaşma və etimad quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilib.
Azərbaycan və Ermənistan liderləri arasında cari ilin avqust ayında Bişkekdə keçirilmiş görüş çərçivəsində aparılmış müzakirələrin regional sülh gündəliyinin irəlilədilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin regionda enerji və kommunikasiya sahəsində görülən işlər, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...



































.jpg)

