Nida Xəbər
Xətainin heykəlinin müəllifi danışdı: "Abidə hazırlanarkən və köçürülərkən..."
“Şah İsmayıl Xətainin heykəlinin iki müəllifi var: mən və heykəltəraş İbrahim Zeynalov”.
Publika.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Şah İsmayıl Xətainin heykəlinin müəlliflərindən biri, heykəltəraş Zakir Mehdiyev deyib.
Onun sözlərinə görə, heykəl Prezident Ayaz Mütəllibovun dövründə sifariş olunub, 1993-cü ildə Əbülfəz Elçibəyin hakimiyyəti illərində ucaldılıb: “Abidə dövlət sifarişi və vəsaiti əsasında hazırlanıb. Ona görə də üzərində əlavə yazı ola bilməzdi. Onda mədəniyyət naziri Polad Bülbüloğlu idi və prosesdən xəbərdar idi. Dövlətin sifarişi və vəsaiti hesabına hazırlanmış heykəlin kiməsə ithaf edilməsi mümkün deyil. Belə bir şey ola bilməz.
2020-ci ildə heykəl rəsmi qurumlar tərəfindən müəyyən edilmiş yerə köçürüldü. Onda da heykəldə Şah İsmayıl Xətainin adından başqa heç bir yazı yox idi. Mən belə bir yazını görməmişəm. Nə heykəl hazırlanarkən, nə də köçürülərkən... İbrahim Zeynalov da belə bir yazı yaza bilməzdi".
Zakir Mehdiyevin fikrincə, həmin yazının sonradan İbrahim Zeynalovun ailəsi tərəfindən əlavə edilməsi mümkündür: "Amma belə bir əlavə cümlənin heykəl üzərinə yazılması düzgün deyil”.
Qeyd edək ki, Şah İsmayıl Xətainin Bakının Xətai rayonu Yusif Səfərov küçəsində 1993-cü ildə ucaldılmış heykəlinin aşağı hissəsində rus dilində “Посвящается внуку Исмаилу Атакушеву – Ибрагим Зейналов” (“Nəvəm İsmayıl Atakişiyevə həsr olunur – İbrahim Zeynalov”) ifadəsi həkk edilib.
Bu isə ictimaiyyət tərəfindən müzakirələrə səbəb olub.
Heykəl 2020-ci ildə yaxınlıqdakı başqa bir əraziyə köçürülüb. Heykəlin qoyuldulduğu və köçürüldüyü dövrləri əks etdirən fotolarda abidə üzərində əlavə yazı görünmür.
Heykəlin digər həmmüəllifi İbrahim Zeynalov 2008-ci ildə vəfat edib.
-
Rəsmi xronika14:20İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
-
İdman13:52Dünya bundan danışır: “Real”ın ulduzu oğurlanıb və öldürülüb - FOTO
-
MDB13:46Şimali Koreya Rusiyaya daha 10 min əsgər göndərir: Zelenski Putinin planını açıqladı
-
Rəsmi xronika12:14İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
-
MDB12:03Lixaçev Putinə hesabat verdi: Ermənistanı tərk edə bilmərik
-
Sosial11:27Müəllimin həbsi ilə bağlı Qarabağ Universitetindən AÇIQLAMA
-
Kriminal11:00Məşhur qəzetin əməkdaşı parkda güllələndi - Qayınatası və qayınanası saxlanıldı
-
Hadisə10:39Qarabağ Universitetinin müəllimi həbs olundu

















.jpg)




















.jpg)
.jpg)

