Digər
Fransa mətbuatı Bakı haqqında yazdı
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlığın gedişi ilə yaxından tanış olmaq məqsədilə Azərbaycanda səfərdə olan Fransa missiyasının rəhbəri Patrik Klüzo ilə müsahibə bu ölkənin idman xəbərləri üzrə ixtisaslaşmış “francsjeux. com” internet resursunda “2015-ci ildə Fransa Bakıya 250 idmançı göndərəcəkdir” sərlövhəsi altında yerləşdirilib.
Müsahibədə, gələn il iki həftə ərzində Bakının Avropanın
paytaxtına çevriləcəyi, 2015-ci il iyunun 12-dən 28-dək
paytaxtımızda ilk Avropa oyunlarının, kontinental yarışın
keçiriləcəyi diqqətə çatdırılıb.
Müsahibədə Bakıya ikinci dəfə səfər etdiyini xatırladan P. Klüzo
ilk səfərində olduğu kimi yenə gördüklərinin onu həddindən artıq
təəccübləndirdiyini, paytaxtımızın keçmiş və müasirliyi özündə
təcəssüm etdirməsinin xoş təəssürat yaratdığını, Avropa Oyunları
təşkilat komitəsinin hazırlıq işlərini yüksək səviyyədə apardığını
və komitə üzvlərinin əksəriyyətinin vaxtilə Londonda keçirilən
oyunların təşkilat komitəsinin üzvləri olduğunu bildirib.
Azərbaycana ilk dəfə ötən ilin yazında səfər etdiyini xatırladan
Fransa missiyasının rəhbəri müsahibəsində Fransa İdman
Federasiyasının Azərbaycanda keçiriləcək Avropa Oyunlarında
iştirakına dair jurnalistin ona ünvanladığı suala cavab verərkən
bildirib ki, federasiyanın idmanın müxtəlif növləri üzrə
komandaları Bakıdakı oyunlarda iştirak etmək istədiklərinin bəyan
ediblər.
Patrik Klüzo Fransanın Bakıya 250 idmançı göndərəcəyini, Avropa
Oyunlarında idmançıların sayına görə Almaniyadan sonra ölkəsinin
ikinci yerdə olacağını vurğulayıb.
-
Əmlak01:41Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
-
Ekologiya01:11Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq
-
Magazin200:15Demet Özdemir Azərbaycan mahnısı paylaşdı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Hissləriniz dərinləşir
-
Hadisə4 Dekabr 22:12Bakıda yeraltı keçiddə eskalator QIRILDI - Xəsarət alanlar var
-
Səhiyyə4 Dekabr 21:48Tibb bacısı huşunu itirən xəstəni BELƏ SOYDU
-
Hadisə4 Dekabr 20:24Azərbaycanda vəkil məhkəmədə DÖYÜLDÜ
-
Magazin24 Dekabr 18:48Cenifer Lopez ona həsr etdiyi xatirə döyməsini də SİLDİRDİ































