Layihələr
Beş foto ilə dünyanın ən ağrılı intiharının xəritəsi
LAYİHƏ: GİZLİNLƏR RESPUBLİKASI
Biri var tarix, biri də var keçmiş... Tarix bizə danışılanlardır, keçmiş isə olanlar... Ya siyasət, ya rəyasət, ya da cəhalət səbəbindən insanlar tarixə inanır.
Və tarix yeganə elmdir ki, onun rəsmi forması var. Rəsmi tarix keçmişdən çox fərqlənir. Gizlinlər Respublikası isə tarixdən yox, keçmişdən bəhs edir.
Onda rəsmi tarixin donuqluğu yoxdur, keçmişin hərəkəti var. Onda həqiqət yoxdur, həqiqətlər var. Onda idillik yoxdur, gerçək var. Onda səhvsiz insan yoxdur, qanlı-canlı insan var. Və Gizlinlər Respublikasında heç kim ideallaşdırılmır və heç kim itirilmir...
23 aylıq Cümhuriyyətimiz, bizi biz edən respublikamız haqda “Gizlinlər Cümhuriyyəti” silsiləsi qaranlıqlara tuşlanan fənər olacaq.
Əvvəlki yazılar...
1.Rəsulzadənin ifşa olmuş dəhşətli sirri
2. Ona Məmməd Əminin kim olduğunu Atatürk başa salacaqdı...
3. Beriya necə müsavatçı idi?
4. Onun ölüm əmrini Rəsulzadə vermişdi? CÜMHURİYYƏT DÖVRÜNÜN SİYASİ CİNAYƏTİ
5. Rəsulzadədən və 24 yaşlı nazirindən xəbərsiz törədilən qətl ƏLİ BAYRAMOV CİNAYƏTİ
6. ““Himnimizi Əhməd Cavad yazmayıb” desələr...”
7. Bu da Üzeyir bəyin yazdığı əsl himnimiz
"İnsanları nə birləşdirir? Ordular? Yoxsa altunlar? Bəlkə bayraqlar? İnsanları hekayələri birləşdirir. Yer üzündə hekayədən güclü heç nə yoxdur. Onun qarşısını heç nə ala bilməz. Heç bir düşmən ona qalib gələ bilməz".
“Taxt-tac oyunları”nın son seriyasındakı bu sözlər elə həm də Onun haqqındadır.
Cümhuriyyətin adsız qəhrəmanlarından birinin, Rəhim bəy Vəkilovun...
Doğrudan da, Yer üzündə hekayədən güclü heç nə yoxdur.
Və onun hekayəsi tarixin daş yaddasına həkk ediləcək bir hekayə idi.
Gəlin, yaddaşlarımızda yaradacağımız beş foto ilə onun ömür yoluna işıq salaq...
Birinci foto: 1917.
1917-ci ilin sentyabrı.
Fevral inqilabı ilə Oktyabr inqilabının arasında...
Müsavat və Türk Ədəmi Mərkəziyyət partiyaları vahid təşkilatda birləşirlər.
Müsavatın rəhbəri Məmməd Əmin Rəsulzadədir.
Türk Ədəmi Mərkəziyyət Partiyasının rəhbəri isə Nəsib bəy Yusifbəyli.
Doqquz nəfərdən ibarət Mərkəzi Komitənin bir üzvü də Rəhim bəy Vəkilovdur.
Rəhim bəyin hələ 20 yaşı yoxdur.
(Komitənin bir başda üzvü də Xudadat bəy Rəfibəylidir, Nigar Rəfibəylinin atası)
Rəhim bəy erkən yaşlarından istiqlal savaşına qatılmışdı.
Sanki ömrünün uzun olmayacağını hiss etmişdi...
İkinci foto: 1918. 28 may.
Azərbaycan İstiqlaliyyət Bəyannaməsi elan edilir.
Sənədi öz əlləri ilə yazan isə Rəhim bəy Vəkilovdur.
Cəm 20 yaşı vardı...
Üçüncü foto: 1918. 7 dekabr.
1918-ci ilin 7 dekabrı...
Cümhuriyyət parlamenti elan edilir.
Rəhim bəy Vəkilov millət vəkilidir
Parlamentin ən gənc vəkili...
Parlamentin sədr əvəzi Həsən bəy Ağayevibelə çıxış edir:” Müvəqqət katibliyə ən gənc məhbus intixab edilir və siyahıdən anlaşıldığı üzrə məbuslarımızın ən cavanı Rəhim bəy Vəkilov olduğundan onun namizədliyini təklif edirəm. Ənənəyə uyğun olaraq parlamentin katibliyi ona, ən gənc vəkilə həvalə edilir”.
Hələ 21 yaşı tamam olmamışdı.
Dördüncü foto: 1923-cü ilin yayı
Cümhuriyyətin süqutundan sonra Rəhim bəy Vəkilov mühacirətə getmir.
Ancaq Rəsulzadənin qaçışını təşkil edən şəxslərin arasında onun da adı göstərilir.
1922-ci ildə ali təhsil almaq qərarına gəlir, Bakı Dövlət Universitetinin Şərq fakültəsinə daxil olur.
Gizli Müsavatdakı fəaliyyətini davam etdirir.
1923-cü ildə isə gizli Müsavatdakı fəaliyyətinə görə həbsə göndərilir.
Ancaq iki il sonra amnistiyaya düşür
Sürgündən qayıdanda 27 yaşı vardı.
Beşinci foto: 1934. 1 Mart.
Ötüb keçən bu illər möhnətli illər idi, ağır illər idi.
Çünki Rəhim bəy 1926-cı ildə yenidən həbs edilərək 8 il müddətinə sürgünə göndərilmişdi.
Sürgündən qayıtdıqdan sonra Bakıda yaşamaq qadağan edildiyi üçün sürgündə dostlaşdığı gürçü yazıçı Konstantin Qamsaxurdiyanın (Gələcəkdə onun oğlu Zviad Gürcüstan prezidenti olacaqdı) dəvətilə Tiflisdə yaşayırdı.
Ancaq Rəhim bəy yenidən həbs ediləcəyini anlayırdı.
Bütün ümidlər ölmüş, arzular solmuşdu.
Daha yaşamağa gücü yox idi.
Kür çayının üstündəki körpüyə çıxanda yeganə sirdaşı cibindəki tapança idi.
Rəhim bəyin qanı Kürün sularına töküldü...
36 yaşı vardı...
Qan Turalı
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...